Rəsmən: Ford Formula1-ə qayıdır

Ford şirkəti 2026-cı ildə Formula1-ə qayıdacağı rəsmən elan edib.

F-1.az xatırladır ki, 2026-cı ildə Formula1-də yeni mühərrik reqlamenti olacaq. Audi şirkəti Sauber komandasını satın alaraq, idmana gələcəyini bildirmişdi. Digər yaxşı xəbər isə amerikadan gəlib.

Son dəfə 2004-cü ildə Jaguar adı ilə yarışan Ford 22 ildə sonra Formula1-ə qayıdacaq. LAkin ameriaklı şirkətin hansı şirkətlə idmana qayıdacağı məlum deyil. Resursların yazdığına görə Ford 2026-cı ildə Red Bull ilə idmana gələcək.

Ford şirkəti Red Bull Powertrains ilə 2026-cı ilin motorunu təkmilləşdirmək istəyir.

Ford şirkətinin idarə heyətinin sədri Bill Ford: “Bu balarıın qurduğu şirkət üçün həyəcanlı dövrün başlanğıcıdır. Ford idmanın zirvəsinə geri qayıdır”.

Ford-un Red Bull ilə anlaşdığını bu yaxınlarda açıqlaması gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*