Rəsmən: Folger KTM-in test sürücüsüdür

KTM komandası 2023-cü ildə Yonas Folgerin xidmətindən testlərdə istifadə edəcək.

F-1.az bildirir ki, almaniyalı sürücü bu gün başlayacaq testlərdə Dani Pedrosa və Mika Kallio ilə işləyəcək.

KTM-in rəhbəri Pit Beyrer: “Motogp mövsümü başladıqca test heyətimizin proqramı da məlum olur. Əksəriyyət bu testt komandasının gördüyü işlərin vacibliyini anlamır, amma onların qatqıları böyükdür. Buna görə də Yonası Mika və Daninin yanına gətirdik. Hər ikisi də motosikletimizi əla tanıyır.

Yonası yaxşı tanıyırıq. Daha əvvəl az da olsa, motosikletimizi sürübdür. Motosikleti sürətləndirmək üçün nə edəcəyini bilir. Gənc olduğu üçün komandya çox şey qata bilər. Dani və Mikaya nisbətən fərqli bədən tipi, tərzi var. Bu da inkişafımıza kömək edəcək”.

Xatırladır ki, almaniyalı sürücü 2017-ci ildə Tech3 komandası ilə MotoGP-də debüt etmiş və Almaniyada ikinci olaraq, podiuma yüksəlmişdi. Daha sonra isə Gilbert sindromuna görə karyerasını yarıda saxlamalı olmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*