F-1.az xatırladır ki, Ferrari-nin keçənilki güc qurğusunun reqlamentə uyğunluğu barədə federasiyanın araşdırmasına həsr olunmuş hesabatı və sonda komanda ilə əldə etdiyi gizli razılaşma çempionatın 7 komandası tərəfindən birmənalı qarşılanmayıb və komandalar federasiyanı məhkəmə ilə hədələyiblər.
“FİA öz səlahiyyətləri çərçivəsində Ferrari-nin güc qurğusunu ətraflı texniki təftiş edib – eynilə Formula1 dünya çempionatında iştirak edən hər bir komandanı olduğu kimi. 2019-cu il mövsümündə bu araşdırmalar Ferrari güc qurğusunun bəzi yarışlarda qaydalara uyğun gəlməməsi şübhələrinə cavab idi.
Eyni zamanda, Ferrari komandası lap əvvəldən hər cür şübhənin əleyhinə olub, həmişə qaydalara uyğun işlədiyini təsdiqləyərək, hər hansı bir şübhəyə qarşı çıxıb. Federasiya bununla kifayətlənmədi, lakin məsələnin mürəkkəbliyi və pozuntu barədə qəti sübutun olmaması səbəbindən sonrakı araşdırmaların nəticə verməyəcəyini qərara aldı.
Uzunmüddətli məhkəmə proseslərinə səbəb ola biləcək mənfi nəticələrin qarşısını almaq üçün və oxşar məhkəmə araşdırmalarının qeyri-müəyyənliyi fonunda, eləcə də çempionatın və onun iştirakçılarının maraqlarına uyğun olaraq, federasiya Hüquq və İntizam Qaydalarının (JDR) 4 (ii) maddəsini əldə rəhbər tutaraq Ferrari ilə məhkəmə prosesinin dayandırılması barədə müqavilə bağlamağı qərara aldı. .
Bu cür razılaşma hüquqi sistemin ayrılmaz bir hissəsi kimi tanınan və bir çox dövlət qurumları və idman federasiyaları tərəfindən mübahisələrə baxılarkən istifadə olunan hüquqi bir alətdir.
Razılaşma şərtlərinin məxfiliyi JDR-in 4 (vi) maddəsi ilə təmin edilir.
FİA idmanı və Formula1 üzrə dünya çempionatının tənzimləyicisi rolunu qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, – FİA-nın cavabında vurğulanıb.