F-1.az xatırladır ki, məhz qəsdən etdiyi ikinci hərəkətinə görə dördqat dünya çempionu yarışın gedişində 10 saniyəlik Stop&Go (dayan və get) cəzası almaqla yanaşı, yarışdan sonra da aktivinə 3 cərimə balı qazanmışdı. Bir qədər əvvəl isə məlum olub ki, FİA həmən insidenti təkrar araşdırmaq qərarına gəlib.
Federasiyanın rəsmi saytında yayılan relizdə deyilir: “Sebastyan Fettel və Lyuis Həmilton arasında Azərbaycan Qran Prisinin gedişində baş verən toqquşmadan sonra FİA insidenti ətraflı araşdıracaq və bazar ertəsi, yəni iyulun 3-də araşdırmaların davam etdirilməsini dəyərləndirəcək.
İlkin araşdırmanın nəticəsi isə Avstriya Qran Prisinədək dərc olunacaq.”