RƏSMƏN: FİA Red Bull komandasının şikayətini rədd edib

Red Bull komandasının verdiyi şikayətə bu gün yenidən baxılıb və əlavə sanksiyaya ehtiyac olmadığına qərar verilib

F-1.az xatırladır ki, Red Bull komandası Britaniyada Həmiltonla Ferstappenin insidentinə verilən cəzadan narazı qalmış və buna görə FİA-ya yenidən müraciət etmişdi. Müraciətə bu gün baxılıb. Lakin stüardlar bildiriblər ki, Həmiltona verilən 10 saniyəlik cəza doğrudur və əlavə sanksiyaya ehtiyac yoxdur.

Məlumata görə, komandanın təqdim etdiyi sübutlar kifayət qədər olmayıb və stüardların yarışda tətbiq etdiyi cərimə qüvvədə saxlanılıb.

Beləliklə, işə xitam verilib və Lyuis Həmilton Britaniya Qran Prisinin qalibi elan olunub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*