F-1.az xatırladır ki, Jan Todt 2009-cu ildən bəri FİA-ya rəhbərlik edirdi. Ancaq bu gün fransalı prezident üçüncü və son dövrünü tamamladı. Buna görə də FİA bir iclas keçirib və iclasda səsvermədən sonra FİA-nın yeni prezidenti 60 yaşlı ben Sulayem olsun. Ərəbistanlı yeni prezident bu post uğrunda btitaniyalı Qrəhəm Stouker ilə mübarizə aparırdı. Lakin Sulayem səslərin 61.6 faizini toplayaraq, qalib olub.
60 yaşlı Sulayem Yaxın Şərqin avtoidmandakı ən güclü siması hesab olunur. O, 14 dəfə yerli ralli çempionatının qalibi olub. Bundan başqa o, 2008-ci ildən FİA-da işləyir və Əbu Dabi Qran Prisinin təqvimə girməsində əhəmiyyətli rolu olub.
Sulayem keçmişdə Maks Moslini dəstəkləyib. 2013-cü ildə isə seçkilərdə Jan Todta rəqib olmaq istəsə də, sonra fikrindən daşınmışdı. Sulayemin idarə heyətində Fabiana Ekklstoun, Karmelo Sans de Barros, Robert Rid, Tim Şirmən, Abdullah əl Xəlifə, Rodriqo Ferreyra Roşa, Daniel Koren, Lun Nin Li, Anna Nordsvik və Manuel Avino var..