Rəsmən: FİA Fetteli cəzalandırmayacaq

FİA Meksika Qran Prisinin son dövrələrində Sebastyan fettelin canlı yayıma buraxılan söüyşlü radio danışıqlarına münasibət bildirib.

F-1.az bildirir ki, bu dəfə ferrari-nin almaniyalı sürücüsü cəzalandırılmayacaq, amma gələcəkdə bu addımı atmış sürücülər cərimələnəcəklər. Federasiyanın yaydığı rəsmi bəyanatda deyilir:

“Sonuncu Meksika Qran Prisində Ferrari-nin sürücüsü Sebastyan Fettel radio danışıqları zamanı yarış direktoru Çarli Uaytinqin və rəqibinin ünvanına etikadan kənar ifadələr işlədib və bu ifadələr yarışın canlı yayımı vaxtı efirə buraxılıb. yarışdan dərhal sonra Fettel Çarli Uaytinqin yanına getmiş və öz hərəkətinə görə üzr istəmişdi.

Bundan sonra Sebastyan şəxsi təşəbbüsü ilə Jan Todta və Çarli Uaytinqə məktub yazaraq bir daha hərəkətlərinə görə üzrxahlıq edib. Məktubunda Sebastyan bildirib ki, mütləq Maks Fertsappenlə görüşəcək və vəd edib ki, bu hal bir daha təkrarlanmayacaq.

Sebastyanın səmimi etirafını və qətiyyətini nəzərə alan FİA-nın prezidenti qərara gəlib ki, istisna hal kimi bu dəfə Fettelə heç bir sanksiya tətbiq olunmasın və bu məsələ müzakirə üçün FİA-nın Beynəxlaq Tribunalına göndərilməsin.

FİA həmişə avtoidmanda etikadan kənar ifadələrin işlədilməsinin əleyhinə olub, xüsusən də bu ifadələr federasiyanın rəsmi nümayəndələrinə yönələrsə. FİA ümid edir ki, bütün çempionatların iştirakçıları, xüsusən də gənc nəslin nümayəndələri bir-birlərinə qarşı daha hörmətlə yanaşacaqlar.

FİA bir daha xatırladır ki, Meksikada baş verən insidentə bənzər halların təkrarlanması zamanı insidentin iştirakçılarına qarşı ciddi tədbirlər görüləcək…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*