Rəsmən: FİA Andretti-nin ərizəsini təsdiqləyib

Federasiya amerikan komandasının Formula1-də iştirak ərizəsini təsdiqlədiyini rəsmən elan edib.

F-1.az xəbər verir ki, FİA açıqlamasında bildirib ki, 2023-cü ilin əvvəlində Formula1 üçün müraciətlərin qəbulu elan edildikdən sonra onlara çoxlu sorğular daxil olub, lakin seçimin ikinci mərhələsinə yalnız dörd namizədə= buraxılıb. FIA bu komandaların adlarını açıqlamayıb, lakin görünür, Andretti ilə yanaşı, söhbət Kreyq Pollokun Formula Equal layihəsi olan Hitech və Cənub-Şərqi Asiyadan olan LKY SUNZ-dan gedir.

İdman, texniki, maliyyə, ekoloji davamlılıq və sosial təsir meyarlarının qiymətləndirilməsini əhatə edən hərtərəfli araşdırma apardıqdan sonra FIA belə qənaətə gəlib ki, yalnız Andretti Formula Racing MMC-nin layihəsi onların bütün ciddi tələblərinə cavab verir. Digər namizədlərə gəldikdə isə, FİA onları nəticələr barədə məlumatlandırıb.

Muhamməd bin Sulayem: “Federasiya ciddi meyarlar sistemi qurmuşdur ki, dünya çempionatında iştirak etmək üçün ərizəçi ilkin olaraq ərizəyə baxılma mərhələsində tələblərə cavab verməlidir. Məqsədimiz bu mərhələdə ciddi audit prosesindən sonra yalnız müəyyən edilmiş meyarlara cavab verən və onların idmanımıza dəyər qatmağa qadir olduqlarını nümayiş etdirə bilən namizədlərin müraciətlərini təsdiq etməyimizi təmin etməkdir.

FİA-dan bütün tələblərə cavab verən namizədlərin ərizələrini təsdiqləməsi tələb olunur ki, biz də bu prosesi izlədik və Andretti Formula Racing LLC tərəfindən təqdim olunan ərizənin baxılmanın növbəti mərhələsinə buraxıla biləcəyini müəyyən etdik. Bu qərarı qəbul edərkən federasiya avtoidman yarışlarında iştirakla bağlı Avropa İttifaqının direktivinə uyğun hərəkət edir.

Andretti Formula Racing LLC bütün meyarlara cavab verən yeganə iddiaçı olub. Mən Maykl Andretti və onun komandasını layihələrinin təsdiqlənməsi münasibətilə təbrik edirəm. Bütün digər komandalara da seçim prosesində göstərdikləri maraq və iştiraka görə təşəkkür etmək istəyirəm.

Müraciət prosesi Audi, Honda və Ford kimi istehsalçıları cəlb edən, həmçinin Porsche və General Motors-un marağına səbəb olan 2026-cı ildə qüvvəyə minəcək FİA-nın güc qurğusu qaydalarına müsbət reaksiya fonunda baş verir.

Müraciət prosesində iştirak edən FIA komandasının bütün üzvlərinə bütün ərizəçilərin müraciətlərinin tam qiymətləndirilməsini təmin etmək üçün yorulmaz səylərinə görə təşəkkür etmək istərdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*