F-1.az xatırladır ki, hollandiyalı sürücünün komandası ilə müqaviləsi bu ilin sonunda bitəcəkdi. 22 yaşlı pilotun adı Ferrari və Mercedes-lə hallansa da, Ferstappen daha 3 il “qırmızı öküzlər”in şərəfini qorumağa qərar verib.
Maks Ferstappen: “Komanda ilə müqaviləni uzatdığım üçün çox xoşbəxtəm. Red Bull mənə inandı və Formula1-də yarışmaq şansı verdi. Buna görə onlara həmişə minnətdar olacam. İllər keçdikcə qələbəyə yaxınlaşırıq. Bu qədər gözəl insanla işləmək əladır. Honda-nın gəlməsi və bir il ərzin inkişafı mənə daha çox motivasiya verdi. Red Bull və Honda-nın tərəfdaşlığına hörmət edirəm. Komandada hamı uğur qazanmaq üçün əlindən gələni edir. Red Bull-la çempion olmaq istəyirəm”.
Kristian Horner: “Komandanın Maksla 2023-cü ilin sonuna qədər müqaviləni uzatması əla xəbərdir. 2021-ci ildəki yeni reqlamentdə hər sahədə güclü olmalıyıq. Maks da bizə inanır”.