Rəsmən: Ferrari yenidən Mission Winnow ilə anlaşıb

Britaniya mətbuatının verdiyi xəbərə görə Ferrari artıq Mission Winnow ilə tərəfdaşlığın davam edəcəyini təsdiqləyib.

 

F-1.az xatırladır ki, Avropa və Avstraliyada tütün reklamları yasaq olduğu üçün tərəflər mövsümün əvvəlində yolları ayırmışdı. Lakin Ferrari Philip Morris İnternational (PMİ) ilə danışıqları davam etdirirdi.

Aprelin 2-də Mission Winnow-un loqotipi yenidən Ferrari-nin tərəfdaşları arasında görünmüşdü. Bu gün isə tərəflər müqavilə yenilədiklərini təsdiqləyiblər.

Qeyd edək ki, Philip Morris ilə Ferrari arasındakı tərəfdaşlıq 1973-cü ildən başlayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*