F-1.az xatırladır ki, daha əvvəl Formula1-də Monako Qran Prisini və WEC-də 24 saatlıq Le Man marafonunu qazanan Alonso İndy500-də də qalib gələrək avtoidmanın üç tacına sahib olmaq istəyir. Qeyd edək ki, ispaniyalı sürücü 2017-ci ildə İndy500-də yarışmış və qələbə uğrunda mübarizə apardığı yarışda mühərrik problemi yaşayaraq, mübarizəni dayandırmışdı.
McLaren komandası 1972-ci, 1974-cü və 1976-cı illərdə İndy500-ün qalibi olub. Britaniya komandası gələn il əfsanəvi yarışda McLaren Racing adı ilə çıxış edəcək…