F-1.az xatırladır ki, Felipe Massa Ləns Strollun Williams komandasına transferindən sonra təqaüdə çıxdığını açıqlamışdı. Braziliyalı sürücü Formula E-də yarışmağa hazırlaşdığı bir vaxtda Rosberq karyerasını bitirdiyini açıqlamış və Mercedes komandası almaniyalının əvəzinə Valtteri Bottası komandaya gətirmək istəmişdi. Buna görə də Williams Massanı komandaya qaytarmaq ehtimalı ilə qarşı-qarşıya qalmışdı.
Sauber komandası Paskal Verlyayn transferini açıqladıqdan sonra Williams komandası Massa ilə yarışacağını mətbuata açıqlayıb. Beləliklə, Williams komandası gələn il Ləns Stroll və Felipe Massa cütü ilə yarışacaq.
Xatırladaq ki, Massa karyerası ərzində 250 yarışa çıxıb və 11 qələbə, 41 podium qazanıb. Braziliyalı 2008-ci ildə vitse-çempion olub…