Rəsmən: Esteban Okon daha üç il Alpine-lə yarışacaq

Alpine komandası gənc sürücü Esteban Okon ilə müqaviləsini daha 3 il uzadıb.

F-1.az xatırladır ki, fransalı sürücü keçən il komandaya qoşulmuş və Saxir yarışında ikinci yeri tutaraq, podiuma yüksəlmişdi. Keçən mövsüm ümumilikdə 62 xal toplayan Okon, mövsümü 12-ci yerdə başa vurmuşdu.

25 yaşlı pilot bu mövsümə daha yaxşı başlayıb. Altı yarışdan sonra 12 xal toplayan Esteban, ikiqat Dünya Çempionu Fernando Alonsodan sadəcə 1 xal geridə qalır. Bundan başqa o, ispaniyalı sürücünü sıralanma turunda 4-2 qabaqlayır.

Mövsümün əvvəlində Okonu digər fransız sürücü Pyer Qaslinin əvəzləyəcəyi deyilsə də, bu baş tutmayıb. Belə görünür ki, Alpine komandası sürücüsünün performansından razı qalıb və onunla daha 3 il işləməyə qərar verib.

Esteban Okon: “Yeni müqavilə imzaladığım üçün sevincliyəm. Alpine ilə idmanda qalmaq gözəl oldu. Komandaya qoşulduğumdan bəri çox inkişaf etmişik və mən bu marafonda kollektivimə dəstək olmağa davam edəcəm.

Növbəti mövsüm bizi yeni reqlament gözləyir və bunun da öz çətinlikləri var. Birlikdə işləyərək, hədəflərimizə çatmaq istəyirik.

Keçən il podiuma yüksəldiyim Saxir yarışını tez-tez düşünürəm. Bu mənə daha çox motivasiya verir. Növbəti mövsümü səbirsizliklə gözləyirəm. Lakin əsas bu il barədə düşünməli və bacardığımız qədər yaxşı nəticələr qazanmalıyıq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*