F-1.az xatırladır ki, taylandlı sürücü kor bağırsağı probleminə görə İtaliya yarışından əvvəl əməliyyat olunmuş və onu Nik de Vriz əvəz etmişdi. Gənc pilotun Sinqapurda da çıxışı müəmmalı idi. Lakin o, sağalıb və 2019-cu ildən sonra təqvimə qayıdan Sinqapurda çıxış edə biləcək.
Aleksander Elbon: “İtaliya yarışı boyunca mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Sinqapura hazırlığım əvvəlkilərdən fərqli idi, amma özümü hazır hiss edirəm. Təqvimdə fiziki cəhətdən tələbkar olan traslardan birindəki yarışa hazıram. Cümə günü sükan arxasına keçmək üçün səbirsizlənirəm.
Bu gözəl şəhər tipli trasdır. Taylanddakı evimə də yaxındır. Buna görə də azarkeşləri görmək üçün səbirsizlənirəm”.