F-1.az xatırladır ki, meksikalı birillik fasilədən sonra bu il Formula1-də yarışmağa başlamış və xal qazana bilməmişdi. Haas komandası 25 yaşlı sürücünün bu performansından sonra sürücü axtarışlarına başlamış və Kevin Maqnusseni transfer etməyə qərar vermişdi. Amerikalılar meksikada Maqnussenə ikiillik müqavilə təklif etmiş və danimarkalıdan “hə” cavabı almışdılar. Rəsmi açıqlama isə bu günlərdə veriləcək.
Qutyerres sosial şəbəkədən verdiyi açıqlamada Haas-a təşəkkür edib: “Gələn il Haas komandasında olmayacağımı sizə bildirmək istəyirəm. Bütün komanda işçilərinə, xüsusən də, Cin Haasa təşəkkür edirəm. Onunla işləmək böyük fürsət idi. Onlara uğurlar arzu edirəm. Növbədə həzz alacağım iki yarış var. Əlimdən gələni edəcəm. Bütün fanlarıma mənə verdikləri dəstəyə görə təşəkkür edirəm. Bu komanda həmişə qəlbimdə olacaq.
Bu yaxınlarda gələcəyimlə bağlı planları paylaşmağa ümid edirəm”.