F-1.az xatırladır ki, braziliyalı sürücü bu il debüt etdiyi Formula2-də 5 dəfə podiuma yüksəlib və hazırda 6-cı yerdədir.
Enzo Fittipaldi: “Formula1 üzrə Dünya Çempionu olan Red Bull-a qatılmaq mənim üçün şərəfdir və karyeram üçün də vacibdir. Bu fürsətə görə minnətdaram və onlara təşəkkür edirəm”.
Helmut Marko: “O, ortabab Charouz ilə yaxşı nəticələr qazandı. Həmişə zirvədə idi. Bəzi enişli-yoxuşlu performansları oldu. Ancaq artıq bir şansı var və daha güclü Carlin ilə mübarizə aparacaq. Görək nə edir. Nəticələrinə baxacağıq”.