F-1.az bildirir ki, brazliyalı sürücü Montsada gözəl performans göstərib və Formula2 üzrə 2022-ci ilin Dünya Çempionu olub. Bunu görən Aston Martin gənc sürücünü əldən buraxmayıb.
Felipe artıq Aston Martin-in ehtiyat sürücüsüdür. O, Əbu Dabidə birinci sessiyada Ləns Strollu əvəz edəcək və oradakı mövsümsonu testlərində AMR22-nin sükanı arxasına keçəcək.
Felipe Druqoviç: “Aston Martin-in gənc sürücü proqramına qatılmaq mənim üçün böyük fürstədir. Onların hesabına təcrübə qazana bilərəm. 2023-cü il mənim üçün öyrənmə ili olacaq.
Formula1 komandası ilə birlikdə işləyəcəm, amma əsas hədəfim öyrənmək və təkmilləşməkdir. Ümid edirəm ki, Formula1-də yarışmaq fürsətim olar”.