Rəsmən: Domenikali Formula1-in yeni rəhbəridir

Formula1-in yeni rəhbəri artıq Stefano Domenikalidir.

F-1.az saytı bu barədə bir neçə gün əvvəl xəbər vermişdi. İtaliyalı mütəxəssis bundan sonra Çeyz Kerini əvəz edəcək.

Xatırladaq ki, Domenikalı 2008-2014-cü illərdə Ferrari komandasının rəhbəri olmuşdu. Stefano hazırda Lamborghini şirkətinin rəhbəridir. Lakin tərəflər 2021-ci ilin yanvar ayında yollarını ayıracaqlar.

Stefano Domenikali: “Formula1-ə qatıldığım üçün həyəcanlıyam. İmolada anadan olmuşam və hazırda Montsada yaşayıram. FİA-dakı işimə görə idmanla əlaqəm kəsilməmişdi. İndi isə komandalarla, təşkilatçılarla, sponsorlarla və digər tərəfdaşlarla işləyəcəm.

Çeyz Keri: “Qlobal idman olan Formula1-in lideri olmaq qürurverici idi. İdmanın böyüməsi üçün ciddi bünövrələr qoyduq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*