Dani Sordo Safari Rallisində iştirak edəcək

Hyundai komandası təcrübəli sürücüləri Dani Sordonun Safari Rallisində yarışacağını mətbuata bildirib.

F-1.az xatırladır ki, Kreyq Brinin ölümündən sonra üçüncü maşın barədə açıqlama verməyən Hyundai komandası Portuqaliyada Sordo ilə mübarizə aparmışdı. İspaniyalı sürücü gözləntiləri qarşılamış və yekunda 2-ci olmuşdu. Lakin onun bütün rallilərdə çıxış etməsi gözlənilmir. Ancaq Hyundai-ın əlində hələki heç kim yoxdur. Buna görə də Sordo həm Sardiniyada, həm də Safaridə İ20-nin sükanı arxasına keçəcək.

Komanda üçüncü maşın üçün uzunmüddətli bir sürücü axtarır. Lakin onlar kimin yarışacağına hələ qərar verməyiblər. Koreya təmsilçisinin gənc sürücü gətirmək ehtimalı var. Ən böyük namizəd isə Emil Lindholmdur.

Komandanın rəhbəri Siril Abitebul daha əvvəl bildirmişdi ki, onlar müvəqqəti yox, daimi sürücü axtarırlar:

“Dani bütün rallilərdə iştirak etməyəcək. Heyətimiz gələcəkdə açıqlanacaq və hazırda bunu etmə mərhələsindəyik. Lakin bir açıqlama vermək üçün çox tezdir. Onu deyə bilərəm ki, buillik yox, növbəti iki il üçün alternativləri dəyərləndiririk.

Çox bəxtsiz hadisəyə görə buna məcbur qaldıq. Bu hərəkəti boşluq doldurmaq kimi görmək istəmirəm. Bunu komanda və şirkət üçün strateji qərar kimi görmək istəmirəm. Burada uzun illər yarışmağı ümid edirik. Buna görə də sürücü heyəti barədə uzunmüddətli düşünürük”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*