F-1.az xatırladır ki, britaniyalı sürücü bu il Mugen komandası ilə Super Formula-da yarışsa da, zəif performans göstərmiş və sadəcə 1 xal toplaya bilmişdi. Pis performansından sonra Red Bull şirkəti Tiktumu gənc sürücü priqramından çıxarmışdı.
Lakin Williams komandası britaniyalı pilotu gənc sürücü akademiyasına götürüb. 21 yaşlı pilot Williams-da developer sürücü olacaq. Tiktum həm də DAMS komandası ilə Formula2-də mübarizə aparacaq.
Den Tiktum: “Williams-ın tarixini düşündükdə bu komandaya gəlmək xüsusi olmaqdır. Simulyatorda işləmək inkişafımda böyük rol oynayacaq”.
Kler Uilyams: “Deni komandaya gətirdiyim üçün xoşbəxtəm. O, potensialını 2017 və 2018-ci illərdə Makauda qalib gələrək göstərib. Onun texniki bilikləri güclüdür və onunla işləməyi səbirsizliklə gözləyirik”.