F-1.az xatırladır ki, italiyalı sürücü komandaya 2019-cu ildə gəlmişdi. 28 yaşlı pilot vahid dövrədə yaxşı olsa da, yarışda inamlı təsir bağışlamırdı.
Əvvəlki illərdə Alfa Romeo komandasının bir sürücüsünə Ferrari qərar verirdi. Lakin gələn ildən belə olmayacaq. Bundan sonra Covinatsinin yeri üçün çox sürücünün adı hallanmağa başlayıb. Bunlardan ən əsası Oscar Piastri və Quanyu Çjoudur. Antonionun isə Formua E-yə keçməsi gözlənilir.