Rəsmən: Çin Qran Prisi ləğv edilib

Çin Qran Prisi gələn mövsüm də baş tutmayacaq. Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti məlumat yayıb.

F-1.az bildirilir ki, bu qərar koronavirusla bağlı ölkədə yaranmış çətin vəziyyətlə əlaqələndirilib. Xatırladaq ki, Çinin mövcud qanunvericilik qaydalarına əsasən, COVID-19 diaqnozu qoyulan hər kəs bir neçə gün təcrid olunmuş vəziyyətdə qalmalıdır. Bu vəziyyət sürücülər və komandaların əməkdaşları üçün problemlər yarada bilər.

FIA-nın mətbuat xidməti həmçinin bildirib ki, hazırda Çin yarışını əvəz etmək variantları nəzərdən keçirilir. Bu yarışın əvəzinə yenə Portuqaliyanın təqvimdə yer ala biləcəyi son günlərdə danışılan mövzulardan biridir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*