F-1.az xatırladır ki, iki gün əvvəl Cek Eytken Renault-dan ayrıldığını elan etmişdi. Bu gün isə gənc sürücünün qarşıdakı mövsümü Williams-da keçirəcəyi məlum olub. Cek mövsümün bütün yarışlarına qatılmaqla testlərdə çalışacaq və cümə sərbəst yürüşlərində builki real maşının sükanı arxasına keçəcək.
Cek Eytken: “2020-ci il mövsümündə Williams-ın ehtiyat sürücüsü olmaqdan şərəf duyuram. Williams Formula1-də zəngin irsi və iştirak təcrübəsi olan bir komandadır. Simulyator və testlər üzərində işləyərək avtomobilin modernləşdirilməsinə töhfə vermək imkanını səbirsizliklə gözləyirəm”.
Kler Vilyams, komanda başçısının müavini: “Cekin nailiyyətləri heyranedicidir və böyük bir karyeraya malikdir. İnanırıq ki, onun idmanda uğur qazanması üçün lazım olan hər şey bizdə var.
Cük hələ GP3 və Formula2-də qabiliyyətlərini nümayiş etdirmişdi və indi komandanın ehtiyat sürücüsü rolunda hansı nəticələrə imza atacağını gözləyirik”.