F-1.az xatırladır ki, britaniyalı sürücü Mercedes-in Sürücü Akademiyasında yetişib və 2018-ci ildə Formula2-də Dünya Çempionu olduqdan sonra 2019-cu ildə Williams ilə Formula1-də debüt edib. O, bu komandada 3 mövsüm yarışdıqdan sonra 2022-ci ildə Mercedes komandasına transfer olunub və 2022-ci ilin Braziliya yarışında karyerasının ilk qələbəsini əldə edib.
Mercedes komandası Lyuis Həmiltonla yanaşı gənc Corc Rassellin də 2025-ci ilin sonuna qədər komandada qalacağını açıqlayıb. Beləliklə, “gümüşü oxlar” hazırkı reqlamenti indiki heyətlə bitirməyə qərar verib.
Rəsmi açıqlamada Corc Rassell belə deyib: “2017-ci ildə gənc sürücü proqramının bir hissəsi olduqdan sonra Mercedes ilə böyüdüm. Bura mənim evimdir və bu gözəl müqaviləni uzatmaq əla hissdir. Keçən il komandaya qatıldıqdan sonra Totonun və komandanın güvənini və inancını mülafarlandırmaq istədim.
Keçən il ilk pouli və ilk qələbəmi qazanmaq mənim üçün unudulmaz oldu. Daha da vacibi maşını inkişaf etdirmək və təkmilləşmək üçün bazada hamı ilə işləmək gözəl idi. Komandadakıların sədaqəti və çox işləməsi bizi ilhamlandırdı.
Son 18 ayda bəzi vacib addımlar atdıq və komanda olaraq güclənirik. Ön sıralara qayıtmaq istədiyimiz 2024 və 2025-ci illərdə bu tempi davam etdirmək üçün çox həyəcanlıyam”.
Mercedes komandasının rəhbəri Toto Volff: “Corc 2017-ci ildən bəri Mercedez-Benz ailəsinin ayrılmaz bir üzvüdür. O, aramıza qatıldıqdan sonra hər il təkmilləşir və uğur qazanır.
Onun ilk qələbəsini görmək inanılmaz bir hiss idi. Möhtəşəm istedadını ortaya qoydu. Corc və Lyuis arasında olan münasibət çox gözəldir. Komanda üçün əla təməl yaradıblar.
Hər iki sürücümüzlə bu yola davam etdiyimiz üçün həyəcanlıyıq və gələcəkdə daha çox uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Bütün komanda mövsümün geri qalanı üçün motivasiyalıdır və 2024-cü il üçün temp qazanmağa çalışırıq”.