Rəsmən: Bu il Fransa Qran Prisi olmayacaq

Fransa Qran Prisinin təşkilatçıları rəsmən təsdiq ediblər ki, 2020-ci ildə koronavirus epidemiyasının nəticələri səbəbindən Pol Rikarda yarış baş tutmayacaq...

F-1.az xatırladır ki, yarışın iyunun sonunda Pol Rikar trasında keçirilməli idi – mövsümün təqvimində bu günə qədər təxirə salınmamış və ləğv olunmamış yarışlar arasında birinci idi, amma Fransa hökumətinin ən azı iyul ayının sonuna qədər böyük tədbirlərin qadağası və sərhəd məhdudiyyətlərinin aradan qaldırılmaması qərarları Qran Prinin təşkilatçılarını belə bir qərar verməyə məcbur edib.

Erik Bulye, Fransa Qran Prisinin idarəedici direktoru: “Covid-19-un yayılması ilə bağlı vəziyyət və Fransa hökumətinin qərarları bu mövsüm Qran Prini keçirməyə imkan vermir. Azarkeşlərə daha da maraqlı mənzərə təqdim etmək üçün artıq 2021-ci il mərhələsinə hazırlaşırıq..”

Çeyz Keri, Formula1-in icraçı direktoru: “Fransa Qran Prisinin promouteri ilə birlikdə vəziyyəti izlədik. Formula1-in azarkeşləri və bütün ictimaiyyəti yarışın keçirilməyəcəyindən məyus olsalar da, Fransa hökumətinin qərarlarını tam dəstəkləyirik və səbirsizlikə Pol Rikara qayıtmağı gözləyirik”.

Beləliklə, Fransa Qran Prisi bu il ləğv edilmiş və ya təxirə salınmış 10-cu mərhələ olub. Hələlik isə mövsümün iyulun 5-də Avstriyada başlayacağı güman edilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*