Rəsmən: Brivio Alpine-ə rəhbər gəlib

MotoGP çempionatında Suzuki komandasından ayrılan Davide Brivio yeni mövsümdən etibarən Alpine F1 komandasının yarış direktoru təyin olunub.

F-1.az saytı daha əvvəl bu təyinatın ehtimalı barədə xəbər vermişdi. Bu il Renault komandasını əvəz edən Alpine bir neçə gün əvvəl yeni rəng çalarını təqdim etmişdi. Bu gün isə Brivio barədə rəsmi açıqlama gəlib. Beləliklə, italiyalı mütəxəssis Alpine-in yeni yarış direktoru təyin olunub. Brivio birbaşa Alpine-in rəhbəri Loren Rossiyə tabe olacaq.

İtaliyalı rəhbərin transferində Luka de Meonun böyük əməyi olub. İkili keçmişdə Yamaha-da birlikdə çalışıb. Brivio 2007-2010-cu illərdə Yamaha-da idarəçi idi və o dövrlər Luka de Meonun marketinq direktoru olduğu FİAT isə Yamaha-nın əsas sponsorlarından biri idi.

Davide daha sonra Suzuki-də işləyib və yaponiyalı marka son mövsümdə həm Sürücülər, həm də Komandalar hesabında qalib olub. O, qalib gəlməyin yollarını bilir, lakin Brivio daha əvvəl Formula1-də işləmədiyi üçün çətinliklərlə üzləşə bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*