F-1.az xatırladır ki, qış aylarından Flavionun Alpine ilə idmana qayıdacağı iddia edilirdi. Bu iddiaların bir hissəsi düz çıxdı: Flavio idmana qayıtdı, amma Alpine ilə yox, Formula1-in səfiri kimi.
Qeyd edək ki, Briatore 2009-cu ildə 2008-ci ilin Sinqapur yarışında təşkil etdiyi qəza qalmaqalına görə idmandan uzaqlaşdırılmışdı. Daha sonra apellyasiya ilə cəzası ləğv olunsa da, idmanda heç bir rolda iştirak etməmişdi.
Briatore artıq Formula1-in həm səfiri, həm də məsləhətçisi olacaq. Qeyd edək ki, italiyalı mütəxəssis daha əvvəl Benetton və Renault komandalarında rəhbər olmuş və dəfələrlə çempionluq qazanmışdı.