F-1.az xatırladır ki, finlandiyalı sürücü Silverstoundakı sıralanma turunda 11-ci olduqdan sonra pitə qayıdarkən yolda qalmış və yeddinci döngədə maşınını tərk etməli olmuşdu. O, əvvəl boliddə gücün kəsildiyini demiş və ikinci sessiyaya çıxmamışdı. Bottasın yarışa 15-ci yerdən başlaması gözlənilirdi, ancaq sessiyanın sonunda 33 yaşlı pilotun maşınından yoxlamaq üçün yanacaq götürə bilməyiblər. FİA yanacaq bitdiyi üçün Alfa Romeo-nun bolidindən yoxlamaq üçün 1 litr yanacaq götürə bilməyib. Buna görə də finlandiyalı sürücünün sıralanma turundakı bütün nəticələri ləğv olunub.
Beləliklə, Bottas sabahkı yarışa sonuncu yerdən başlayacaq. Bu da o deməkdir ki, Serxio Peres, Quanyu Çjou, Loqan sarcent və Kevin Maqnussen 1 yer qazanıblar.