F-1.az xatırladır ki, Belçika Qran Prisinin gələcəyi müəmmalı idi. Lakin Cənubi Afrika Respublikasının Formula1-lə anlaşa bilməməsinə görə Spada daha bir il yarış izləyə biləcəyik.
Lakin gələn il Belçika yarışının yeri dəyişə bilər. Bunun əsas səbəbi isə müqavilənin qaralama təqvim hazırlandıqdan sonra üzə çıxmasıdır. Buna görə də yarışın iyul ayında keçirilməsi gözlənilir.