Rəsmən: Bəhreyn və Vyetnam yarışları təxirə salınıb

Formula1 rəhbərliyi bu gün verdiyi açıqlamada bildirib ki, Bəhreyn və Vyetnam Qran Priləri koronavirus pandemiyasına görə təxirə salınıb.

F-1.az xatırladır ki, Avstraliya yarışı McLaren komandasının işçisində tapılan koronavirusa görə ləğv edilib. Britaniya komandasının üzvləri ən az iki həftə təcrid olunacaqlar. Buna görə də Bəhreyn və Vyetnam yarışlarının təxirə salınması gözlənilirdi.

Çeyz Keri: COVİD-19 virusuna görə qlobal dəyişikliklər davam edir. Görək pandemiyanın sonu necə olacaq. Doğru qərarlar vermək üçün zamana ehtiyacımız var. Bu qərarları FİA ilə birlikdə Formula1-lə bağlı işləyən hər kəsin təhlükəsizliyi üçün veririk”.

Jan Todt: “Formula1, Bəhreyn Avtomobil Federasiyası, Vyetnam Avtomobil İttifaqı və yerli təşkilatçılarla birlikdə həm Bəhreyn, həm də Vyetnam yarışlarını təxirə salırıq. Dünya Səhiyyə Təşkilatı və hökümətlərin tövsiyələrinə güvənirik. Bu pandemiyanın təhlükəli dövründə azarkeşləri, iştirakçıları və avtoidman dünyasını qorumaqçün qurumlarla birgə işləyəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*