F-1.az xatırladır ki, Kataloniya trasının müqaviləsi keçən ilin sonunda bitmişdi. Lakin tərəflər yeni razılığa gəliblər. Beləliklə, İspaniya Qran Prisi mayın 7-9-da Barselonada keçiriləcək. Kataloniya trası ardıcıl 31-ci dəfə Formula1-i qəbul edəcək. İndi isə tərəflər çoxillik müqavilə barədə danışıqlara başlayacaqlar.
Rəsmən: Barselona yeni müqavilə imzalayıb
Barselona trası daha 1 il Formula1-i qəbul edəcək.