F-1.az Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, milli yarışımız 4-6 iyun tarixlərində təqvimdəki digər şəhər yarışından – Monakodan sonra baş tutacaq. Bundan sonra pilot və komandalar Kanada, Avropa, Şimali və Cənubi Amerika və Yaxın Şərqdə yarışacaqlar. Mövsüm dekabrın 5-də Əbu Dabidə bitəcək və bundan əvvəl noyabrın 28-də Səudiyyə Ərəbistanının ilk Qran Prisi Ciddədə keçiriləcək.
Bakı Şəhər Halqasının rəhbərliyi Formula1 təqviminin gələn il üçün elan olunmasını alqışlayır və dünyanın hər yerindən azarkeşləri Azərbaycanın paytaxtında salamlamaq üçün səbirsizliklə gözləyir.