F-1.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, təqvimə 2 yeni yarış əlavə olunub – Vyetnam və Hollandiya Qran Priləri mövsümün əvvəlində yer alıblar. Ona görə də Azərbaycan Qran Prisinin vaxtı dəyişdirilib – doğma Bakımız planetin ən nüfuzlu yarışını 5-7 iyunda qəbul edəcək.
Beləliklə, təqvimdən yalnız Almaniya Qran Prisi çıxarıldığı üçün gələn il 22 mərhələ keçiriləcək.
2020-ci il mövsümünün təqviminin ilkin versiyası:
Tarix | Qran Pri | Keçirildiyi şəhər |
15 mart | Avstraliya | Melburn |
22 mart | Bəhreyn | Saxir |
5 aprel | Vyetnam | Hanoy |
19 aprel | Çin | Şanxay |
3 may | Hollandiya | Zandfort |
10 may | İspaniya | Barselona |
24 may | Monako | Monako |
7 iyun | Azərbaycan | Bakı |
14 iyun | Kanada | Monreal |
28 iyun | Fransa | Le Kastelle |
5 iyul | Avstriya | Şpilberq |
19 iyul | Britaniya | Silverstoun |
2 avqust | Macarıstan | Budapeşt |
30 avqust | Belçika | Spa |
6 sentyabr | İtaliya | Montsa |
20 sentyabr | Sinqapur | Sinqapur |
27 sentyabr | Rusiya | Soçi |
11 oktyabr | Yaponiya | Suzuka |
25 oktyabr | ABŞ | Ostin |
1 noyabr | Meksika | Mexiko |
15 noyabr | Braziliya | San Paulu |
29 noyabr | Əbu Dabi | Yas Marina |