F-1.az bildirir ki, sözügedən dövlət qurumun mütəxəssisləri tərəfindən onlara təqdim olunan sənədləri ətraflı araşdırdıqları, Formula1 rəhbərliyinin planlarına və yarışların təşkil edilməsinə yaşıl işıq yandırdıqları rəsmən açıqlanıb.
Rudolf Anşober, Avstriyanın səhiyyə naziri: “Təşkilatçılar Formula1 yarışının təşkili üçün koronavirusun yayılmasının qarşısını alacaq tədbirlərin də nəzərə alındığı bir konsepsiya tədim etdilər. Bizim fikrimizcə, bu konsepsiya bütün tələblərə cavab verir. Xüsusi qaydalar hazırlanıb ki, bununla da təhlükəsizlik təmin ediləcək”.
Bu qərardan sonra Şpilberqdə ardıcıl iki yarışın baş tutması ehtimalı daha da artıb. İndi isə təqvimin ən azından Avropa hissəsinin bu günlərdə təsdiq edilməsini gözləmək qalır.