Rəsmən: Avstriya QP 2027-ci ilə qədər təqvimdə qalacaq

Avstriya Qran Prisinin promouterləri Formula1 ilə müqaviləni dörd il müddətinə uzadıblar - Şpilberqdəki yarış 2027-ci il daxil olmaqla dünya çempionatının təqvimində qalacaq.

F-1.az xatırladır ki, çempionat Avstriyaya 2014-cü ildə qayıdıb. Həmin vaxtdan yarış tamaşaçıların sevimlisinə çevrilib. Belə ki, keçənilki yarış həftəsonuna bütün biletlər satılıb – tribunaları keçən il ümumilikdə 303 min nəfər ziyarət edib.

Stefano Domenikali: “Avstriya Qran Prisi azarkeşlərə çətin tras, yüksək sürətlə hərəkət və gözəl mənzərələrin mükəmməl birləşməsini təklif edir. Mən şadam ki, yeni müqavilə sayəsində Red Bull Ring-ə ən azı 2027-ci ilə qədər gəlməyə davam edəcəyik.

Bu il biz Şpilberqə qayıtmağımızın 10 illiyini qeyd edirik və mən müqavilənin yenilənməsində iştirak edən hər kəsə, xüsusən də promouterə və Red Bull-a təşəkkür etmək istəyirəm. Ditrix Mateşiçə onun Formula1-ə qazandırdığı məhəbbət, ehtiras və görmə qabiliyyətinə görə təşəkkür etmək istəyirəm. Bütün bunlar yarışın uğurunu, Avstriyada və bütün dünyada idmanımıza marağın artmasını təmin etdi”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*