F-1.az xatırladır ki, Audi şirkəti avqustda 2026-cı ildə idmana girəcəyini açıqlamış, amma tərəfdaşı barədə bir söz deməmişdi.
Bu gün verilən açıqlamada bildirilib ki, Sauber 2026-cı ildən Audi-nin baza komandası olacaq. Sauber şirkəti Audi-nin onlardan səhm alacağını təsdiqləyib, amma bunun nə qədər olacağı müəmmalıdır.
Qeyd edək ki, Sauber ilin sonunda Alfa Romeo ilə yollarını ayıracaq. Komandanın 2024 və 2025-ci illərdə Sauber adı ilə yarışması gözlənilir. Komanda bu dövrlərdə Ferrari güc qurğusu ilə yarışacaq.
Frederic Vassyör: “Audi ilə olan tərəfdaşlığımız vasitəsilə komandamız inkişafa davam edəcək. Audi-nin rəsmi baza komandası olmaq böyük şərəfdir. Eyni zamanda böyük məsuliyyətdir. Bu gələcək üçün əla alternativdir. Audi ilə təyin etdiyimiz hədəflərə çatacağıq”