Rəsmən: Audi 2026-cı ildə idmana gələcək

Audi şirkəti bu gün verdiyi açıqlamada rəsmən bildirib ki, 2026-cı ildə Formula1-də olacaqlar.

F-1.az xatırladır ki, 2026-cı ildən etibarən güc qurğusu reqlamentində dəyişikliklər olacaq. Bundan sonra Audi və Porsche diqqət mərkəzinə düşmüşdü.

Bu gün Audi 2026-cı ildə idmana gələcəklərini rəsmən açıqlayıb. Tezliklə Porsche-dən də açıqlama gözlənilir.

Bəzi iddialara görə Audi 2026-cı ildə Sauber ilə idmana qayıdacaq, amma almaniyalı şirkət bu haqda heç bir açıqlama verməyib.

Formula1-in rəhbəri Stefano Domenikali: “Əfsanəvi avtomobil markası Audi-ni Formula1-də gördüyümüz üçün sevincliyik. Bu da böyüməkdə olan platformamızın gücünü göstərir. Eyni zamanda yeni motor reqlamentimizin də doğru addım olduğuna işarədir.

Audi loqotipini peletonda görmək üçün səbirsizlənirik. Gələcək planları ilə bağlı detalları tezliklə onlardan eşidəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*