F-1.az xatırladır ki, almaniyalı sürücü Macarıstan yarışında ikinci olsa da, yarışdan sonra yanacaq çənində nümunə götürmək üçün 1 litr yanacaq olmayıb. Çəndə sadəcə 0.3 litr yanacaq qalıb. Buna görə də stüardlar Fetteli yarışdan xaric ediblər.
Lakin Aston Martin komandası yarışdan sonra qərara etiraz edəcəklərini bildirmişdilər. Onların apellyasiya vermək üçün 96 saat vaxtları var idi. Nəhayət dünən komanda son qərarını açıqlayıb və apellyasiya getmək qərarına gəlib.
Qeyd edək ki, komandanın rəhbəri Otmar Safnauer iddia edirdi ki, bolidin çənində 1.74 litr yanacaq alıb.
Komanda apellyasiya qərarı barədə belə açıqlama verib: “Sebastyan Fettel Macarıstan yarışında ikinci olsa da, çənin 1 litrdən az yanacaq olduğu üçün yarışdan xaric edildi. Lakin buna dair heç bir sübut yoxdur. Komandada olan məlumatlara görə çəndə 1 litrdən çox yanacaq var idi. Buna görə də apellyasiyaya gedəcəyik”.