Rəsmən: Alonsonu Batton əvəz edəcək

McLaren komandası Monakoda Alonsonun əvəzinə Censon Battonu yarışdıracaq.

F-1.az xatırladır ki, Alonso Monakoda yarışmaqdan imtina edərək İndy500 seriyasında çıxışa üstünlük verib. Komanda uzunmüddətli axtarışlardan sonra komandanın developer sürücüsü Censon Battonu Formula1-in brilyant qaşı sayılan Monakoda yarışdırmağa qərar verib.

Xatırladaq ki, britaniyalı sürücü Monakoda 2009-cu ildə qalib gəlib və 2 dəfə podiuma yüksəlib. Beləliklə, 36 yaşlı sürücü 2016-cı ildəki Əbu Dabi yarışından sonra ilk dəfə yarışa çıxacaq.

Censon Batton: “Formula1-ə biryarışlıq qayıdacağım üçün həyəcanlıyam. Qayıtmaq üçün Monakodan yaxşı yer ola bilməzdi. 2009-cu ildə orada qalib gəlmişəm və sevdiyim traslardandır. Orada əsl sürücü öz fərqini göstərə bilər. McLaren mövsümə yaxşı başlamasa da, Monako MCL32 üçün ən əlverişli trasdır. 2009-cu ildəki kimi qələbə şansım yoxdur, amma xal qazana bilərik. Bu da Mühəndislər Kuboku üçün çox vacibdir”.

Qeyd edək ki, Batton MCL32-ni heç vaxt sürməyib. Bəhreyn testlərində isə Stoffel Vandorn və Oliver Törvi çıxış edəcəklər.

Censon Batton: “MCL32-ni Monakodan əvvəl simulyatorda sürəcəm və ondan sonra yarışa hazır ola bilərəm. Son dövrlərdə triatlonla məşğul olduğum üçün fiziki cəhətdən yaxşı vəziyyətdəyəm. O mövzuda narahat deyiləm”.

Xatırladaq ki, Batton Monakoda 306-cı yarışına çıxacaq və ən çox yarışan sürücülər siyahısında Mixael Şumaxerlə ikinci-üçüncü yerləri bölüşəcəklər. Birinci yerdə isə Rubens Barrikellodur.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*