F-1-az xatırladır ki, Alfa Romeo 2018-ci ildə Sauber Motorsport-la anlaşaraq, idmana gəlmişdi. Bundan sonra italyanlar hər 1+1 opsiyonlu müqavilələr bağlayırdılar. Hazırkı müqavilə ilin sonunda bitəcək və Alfa Romeo mövsümün sonunda Sauber-lə yollarını ayıracaq.
Bu qərar gözlənilən idi, çünki Sauber 2025-ci ilin sonunda Audi ilə tərəfdaşlığa başlayacaq və komandanın adı dəyişməlidir.
Alfa Romeo bu barədə belə açıqlama yayımlayıb: “Alfa Romeo 2023-cü ilin sonunda Sauber-lə yollarını ayıracağını təsdiqləyir. Alfa Romeo digər alternativləri dəyərləndirəcək və brendin uzunmüddətli strategiyası üçün ən uyğun variantı tapacaq”.