Rəsmən: Alfa Romeo Formula1-də qalacaq

Alfa Romeo şirkəti Sauber komandası ilə olan müqaviləsini 2024-cü ilə qədər uzadıb.

F-1.az xatırladır ki, iki şirkət 2018-ci ildə sponsorluq müqaviləsi bağlamış və Sauber komandasının adı Alfa Romeo olaraq dəyişdirilmişdi. Bir neçə ay idi ki, tərəflər yeni müqavilə üçün danışıqlar aparırdılar. Yekunda Alfa Romeo daha 3 mövsüm idmanda qalmağa razılıq verib. Belə görünür ki, yeni gələn reqlament onları şirnikləndirib.

Bu müqaviləyə əsasən Sauber komandası ən azı bir Ferrari Sürücü Akademiyasının üzvünü yarışdırmalıdır. Hazırda Antonio Covinatsi Ferrari-nin dəstəyi ilə yarışır. Digər Ferrari yetirməsi Kalyum Aylot da komandada ehtiyat sürücüdür. Mik Şumaxerlə Robert Şvartsmanın da adı Alfa Romeo ilə hallanır.

Komandanın rəhbəri Frederik Vassyör: “Alfa Romeo bizim üçün yaxşı dostdur və növbəti mövsümə görə həyəcanlıyıq. Yeni reqlament bizə inkişaf şansı verir və əminəm ki, uğur qazanacağıq. İki şirkət bir-biri ilə yaxşı yola gedir və bu da bizə qazanc gətirir. Gələcək üçün daha çox planımız var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*