F-1.az xatırladır ki, Elbon oktyabr ayında Toro Rosso komandasının siyahısında birinci idi. Amma gənc sürücü Formula E-də Nissan komandası ilə üçillik müqavilə bağladığı üçün “qırmızı buzovlar” onunla müqavilı bağlaya bilmirdilər. Lakin bu gün səhər tailandlı sürücü ilə Nissan yollarını ayırıblar və Toro Rosso komandası 22 yaşlı sürücünü heyətinə qatıb.
Aleksander Elbon: “Gələn il Formula1-də olacam və bu, inanılmazdır. Karyeram ərzində enişli-yoxuşlu performansım oldu. 2012-ci ildə Red Bull məni göndərdi və o zamandan etibarən Formula1-ə gəlmək mənim üçün çətinləşmişdi. Çox işlədim və bolidə minəndə var qüvvəmi göstərməyə çalışdım. Mənə inandıqları üçün Red Bull-a və Helmut Markoya təşəkkür edirəm. Formula1 ən böyük xəyalım idi və indi bu fürsət əlimə keçdi”.
Frants Tost: “Aleksander 2018-ci ildə çox gözəl performans göstərdi. Dörd yarış qazanaraq, üçüncü oldu. Etdiyi ötmələrlə Formula1-də yarışmağa hazır olduğunu göstərdi. Bizim Daniil və Aleks kimi iki güclü və gənc sürücülərimiz var”.