Rəsmən: Aleks Rins Yamaha-ya keçib

Son günlər qarşımıza çıxan dedi-qodular reallığa dönüb: Aleks Rins növbəti mövsümdən Yamaha-da yarışacaq.

F-1.az bildirir ki, Yamaha əvvəlcə Franko Morbidellinin komandadan ayrılacağını açıqlayıb. Onun yerinə ən çox adı hallanan sürücü Xorxe Martin olsa da, ispaniyalı sürücü Ducati-dən ayrılmaq istəməyib.

Buna görə də Yamaha başqa sürücülərə yönlənib. Yaponların son vaxtlar adı Aleks Rinslə tez-tez hallanırdı.

Beləliklə, “göylər” Morbidellinin ayrılığından 1 saat sonra Aleks Rinsin transferini açıqlayıblar.

Qeyd edək ki, Honda bu il pis mövsüm keçirsə də, Rins onlara yeganə qələbəni gətirib. Lakin o, komanda tərəfindən dinlənmədiyi üçün çox şikayətçi idi. Bu hallar ispaniyalı sürücünün komandadan vaxtından əvvəl ayrılmasına səbəb olub və o, Yamaha ilə ikiillik müqavilə imzalayıb.

Yamaha komandasının rəhbəri Lin Carvis: “Aleksin Yamaha-ya keçidini sizə bildirməkdən qürur duyuruq və ona xoş gəldin deyirik. Aleks MotoGP sürücüsü kimi böyük təcrübə qazanıb və yarış qələbəsi əldə edib.

Bundan başqa keçmişdə Yamaha YZR-M1-ə oxşar motosiklet sürüb. Buna görə də motosikletimizə tez uyğunlaşacaq.

Bu ilin əvvəlində ABŞ-da qazandığı qələbə onun sürətini, qərarlılığını və qələbəyə olan aclığını göstərir.

Mucelloda keçirdiyi qəzaya görə bir müddət MotoGP paddokundan uzaq qalsa da, 2024-cü il üçün tamamilə sağalıb, hazır olacaq. Onunla işləməyi səbirsizliklə gözləyirik. İnanırıq ki, Fabio ilə yaxşı işləyib, komandanın performansını artıracaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*