F-1.az xatırladır ki, Abitebul 2016-cı ildən bəri Renault Sport Racing-in rəhbəri idi. 2021-ci ildən etibarən komandanın adı Alpine olaraq dəyişdirildi. Bundan sonra əksəriyyət düşünürdü ki, Abitebul artıq Alpine markasında rəhbər olacaq, lakin Renault şirkəti gözlənilməz addım ataraq, Renault-nun strategiya və təkmilləşmə şöbəsinin başçısı Loren Rossini bu vəzifəyə gətirib. Rossi markanın avtomobilləri, idman fəaliyyəti, və yarışdakı işləri ilə maraqlanacaq və Renault Qrupunun rəhbəri Luka de Meoya bibaşa raport verəcək. Formula1 komandasının rəhbərliyinə isə Marçin Budkovski gətiriləcək.
Siril Abitebul: “Mənə güvəndiklərinə görə Renault Qrupuna təşəkkür edirəm. Yarış komandasının təkmilləşməsi üçün əlimdən gələni etdim”.
Luka de Meo gördüyü işlərə görə Abitebula təşəkkür edib.