F-1.az xatırladır ki, italiyalı sürücü GP2-dəki ilk mövsümündə Red Bull komandasının gənc sürücüsü Pyer Qasli ilə çempionluq uğrunda mübarizə aparmış və ikinci olmuşdu.
Ferrari-nin prezidenti Sercio Markionne verdiyi açıqlamada bildirib ki, Covinatsi gələn ildən etibarən Ferrari komandasının üçüncü sürücüsü olacaq: “Covinatsi gələn ildən etibarən Ferrari-nin üçüncü sürücüsü olacaq. Bunu təsdiqləyirəm. O güclü sürücüdür və buna görə də onu transfer etdik. Amma italiyalı olduğu üçün çox sevinirəm”.
Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene isə bildirib ki, Covinatsi yanvar ayında simulyatorda testlər edəcək və 22 yaşlı sürücü 2017-ci ildəki testlərdə yeni Ferrari-nin sükanının arxasına keçəcək…