F-1.az xatırladır ki, FİA mətbuat relizində mühərrik barədə heç nə deməmiş və Ferrari ilə razılığa gəldiklərini qeyd etmişdi. Lakin bu açıqlamalar Ferrari mühərrikindən istifadə etməyən komandaların xoşuna gəlməyib və onlar birləşərək FİA-dan açıqlama gözlədiklərini deyiblər. Yeddi komanda ortaq raport yayıblar və şoka düşdüklərini deyiblər.
McLaren, Mercedes, Racing Point, Red Bull, Renault, AlphaTauri və Williams komandalarının birlikdə yazdıqları raport belədir: “Aşağıda imzası olan komandalar FİA-nın Ferrari mühərrikləri ilə bağlı açıqlamasından təəccüblənib. Beynəlxalq idman qaydalarını müəyyən edən qurum şəffaf və dürüst olmalıdır. Digər komandaların tələbi ilə FİA tərəfindan başladılan və aylarla davam edən araşdırmalardan sonra Ferrari ilə edilən gizli anlaşmaya şiddətlə qarşı çıxırıq. İdmanımızın bütün komandalara bərabər və ədalətli davranmasını istəyirik. Bunu Formula1-in səhmdarları, iştirakçıları və azarkeşləri üçün edirik.
McLaren Racing Limited
Mercedes-Benz Grand Prix Limited
Racing Point UK Limited
Red Bull Racing Limited
Renault Sport Racing Limited
Scuderia AlphaTauri S.p.A.
Williams Grand Prix Engineering Limited”.