F-1.az bildirir ki, 2021-ci ildə həm idman, həm də maliyyə reqlamenti dəyişəcək. Maliyyə reqlamentini Honda-nın, Brawn-ın və Mercedes-in sabiq maliyyə rəhbəri Naycel Kerr hazırlayıb və bu işdə köhnə dostu Ross Braundan dəstək alıb.
Əvvəlki planlara görə daha yüksək büdcə ilə başlayıb illər keçdikcə yavaş-yavaş azaltmağı düşünürdülər. Amma 175 milyon dollarlıq büdcə 2021-ci ildən 2025-ci ilə qədər qüvvədə olacaq və inflyasiyaya bağlı olaraq artırılacaq. Hazırkı hesablara əsasən zirvədəki komandalar ilə 220-250 milyon dollara qədər pul xərcləyir. Yəni ki, bu limit onlara çox təsir etməyəcək. Orta qrup komandaları limitin 150 milyon dollar olmasını istəyirdi.
Formula1 Dünyası əmindir ki, xərclər nəzarətdə olacaq və qaydanı pozan istənilən komandaya ciddi cəzalar, hətta, xal silinməsi belə olacaq. Komanda rəhbərləri də FİA lisenziyalarını itirə bilərlər.