Repsol Honda 2016-cı il motosikletlərini təqdim edib

Repsol şirkətinin sponsorluq etdiyi Honda-nın zavod komandası 2016-cı ildə yarışacaqları motosikleti təqdim edib...

F-1.az xəbər verir ki, Honda yeni RC213V model motosikletlərini İndoneziyanın Sentul trasında təqdim edib.

Beləliklə, Honda komandası 2012-ci ildə təqdim etdiyi RC213V modelindən əl çəkməyib. Yaponlar 3 dəfə mühəndislər çempionluğu qazandıqları motosikleti təkmilləşdirərək, yeni mövsümə başlayacaqlar.

Xatırladaq ki, Honda birinci qış testlərində yeni elektronik sistemlərə görə problemlər yaşayıb və buna görə də Yamaha-dan 1 saniyə geri qalıblar.

Qeyd edək ki, 2016-cı ildə Repsol Honda sürücüləri Mark Markes və Dani Pedrosadan başqa LCR Honda sürücüsü Kal Kratçlou və Marc DVS sürücüləri Miller və Rabat da RC213V modeli ilə yarışacaqlar…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*