Renault yüksək səsə qarşıdır

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, səs V6 hibrid mühərriklərin performansına təsir edəcək.

F-1.az xatırladır ki, Ross Braun gələcəkdə mühərriklərin səsini artırmaq üçün işlər görür.

Siril Abitebul: “Bunu tətbiq etməməliyik. Səs əlavə gücdür. Əgər az yanacaq sərf edən güclü mühərriklər istəyiriksə, hazırkı enerjidən istifadə etməliyik. Əgər enerjini səsə çevirsək, fayda azalar. Bunlar bir-birinə ziddirlər.

Səsi köhnə nəsil fanlar istəyirlər. Tezliklə V10 və V8 mühərriklərin səsini eşitməmiş fanlar çıxacaq. Onlar üçün səssiz mühərriklər meyar olacaq. Digər səslərə də – təkər səsi, mexaniki asfaltla ilişmə, aerodinamika – öyrəşəcəklər. Lakin köhnə nəsil üçün bunları qəbul etmək çətindir. Vaxt lazımdır. Formula1, deyəsən, tez inkişaf etdi. Hazırda dövrünü çox qabaqlayır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*