Renault yeni rəng çalarlarını təqdim edib (video)

Renault komandası 2016-cı il bolidi - RS16-nın son versiyasını təqdim edib...

F-1.az xatırladır ki, Renault komandası fevral ayında RS16-nı təqdim edərkən söz vetmişdi ki, bolidin əsl rəng çalarlarını mövsüm başlamamışdan əvvəl nümayiş etdirəcək. Melburnda keçirilən təqdimetmə mərasimində Renault komandası bütün mövsüm yarışacağı rəng çalarlarını təqdim edib.

Renault-nun yeni rəng çalarları sarı və arxa hissədəki qızılı rənglərdən ibarətdir. Renault komandası bildirib ki, davamlı podium qazanmaq üçün 3 ilə ehtiyacları var.

Ondan başqa fransızlar Lotus komandasını aldıqdan sonra həm bazada, həm də işçi heyətində dəyişiklik etdilər. Ona görə də fransızlardan uğur gözləmək olmaz.

Renault komandasının rəhbəri Siril Abitebul ayın əvvəlində jurnalistlərin suallarına cavab verib və bildirib ki, onların hədəfi ilk altılığa düşməkdir: “Ümid edirəm ki, çempionatda 6-cı yeri tutarıq. Biz keçən il altıncı yeri tutmuşduq və ondan pis nəticəni qəbul edə bilmərəm.

Düzdür, biz Mercedes mühərriklərindən Renault mühərriklərinə keçdik, amma mən zavodda işləyən 1000 nəfər işçiyə deyə bilmərəm ki, hədəfimiz keçənilkindən daha pis nəticə qazanmaqdır.

Uğur qazanmağın tək yolu düzgün və dəqiq işləməkdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*